“Fərhad Əliyev Azərbaycanda yaşamasa da, o, Avropadan sığınacaq almayıb. Yalandan yazırlar, deyilənlər doğru deyil”.
Strateq.az Azvision.az-a istinadən bildirir ki, bunu sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Əlövsət Əliyev deyib. O, qardaşlarının Almaniyadan sığınacaq alması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını bildirib: “Mən Cəlilabadın Alar kəndində yaşayıram. Adi insanam. Qardaşlarım barədə hər gün bir məlumat yazırlar. O yazılanların heç birini oxumuruq. Siz də inanmayın, yalan məlumatlardır. Qardaşlarım sığınacaq almayıblar”.