XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 16:30

Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyəni cəzalandırdı:1 milyon 85 min 800 avro

 

AİHM'den Türkiye'ye 'CHP cezası'

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Türkiyə əleyhinə qərar çıxarıb.

Strateq.az xəbər verir ki, qərar CHP-nin 2013-ci ildə etdiyi müraciətlə əlaqədar çıxarılıb və rəsmi Ankara insan hüquqlarını pozmaqda ittiham olunub.

Türkiyəni Avropa İnsan Hüquqları Konvensiyasının dərnək qurma və yığıncaq azadlığı ilə əlaqədar 11. maddəsini pozmaqdan ittiham edən məhkəmə qərarına əsasən, rəsmi Ankara CHP-yə bir milyon 85 min 800 avro maddi təzminat ödəyəcək. CHP isə məhkəməyə bu işə baxdığı üçün beş min avro veriləcək.

AİHM qərarında, həmçinin, Türkiyədə siyasi partiyaların xərclərinin nəzarəti ilə əlaqədar qanunun kifayət qədər açıq olmadığı bildirilir.