XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Aprel 2016 - 20:08

Nazir:«Azərbaycan danışıqlara hazırdır»

Elmar Məmmədyarov

«ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini artırılması vacibdir. Azərbaycan münaqişənin həlli ilə bağlı nəticəyönümlü danışıqlara hazırdır».

Bu sözləri xarici işlər naziri Elmar MəmmədyarovFransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir ilə görüşündə deyib.

Nazirliyin saytı xəbər verir ki, E.Məmmədyarov H.Desirə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik haqqında məlumat verib, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini bildirib.