XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 12:36

8 partiya toplandı – Mirmahmud Mirəlioğluyla Pənah Hüseyn mitinq komitəsi yaratdı

Bu gün “Azadlıq – 2015” seçki bloku nun Sədrlər Şurasının iclası olub.

Strateq.az xəbər verir ki, iclasda KXCP, Azadlıq, BAP, VİP, ALDP, Aydınlar partiyası, AzDP, AXP sədrləri iştirak edib.

Toplantıda ictimai- siyasi vəziyyət və “Azadlıq-2015” seçki blokunun vəzifələri müzakirə edilib və müvafiq qərarlar qəbul edilib:

“Avqust ayında seçki blokunun kütləvi aksiyalara başlaması ilə bağlı müzakirələr aparılıb və Mitinq Komitəsinin yaradılması haqqında qərar qəbul edilib. Mirmahmud Mirəlioğlu və Pənah Hüseyn rəhbərliyi altında Mitinq Komitəsi formalaşdırılıb”.

Toplantıda Azad Demokratlar Partiyasının qeydiyyatının ləngiməsi ilə bağlı narahatlıqlar ifadə edilib və bunla bağlı bir daha hakimiyyət orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab edilib.

Strateq.az