XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

27 Aprel 2016 - 11:13

İranın prezidenti Azərbaycana gəlir –Vitse-prezidentdən açıqlama

ilham-ruhani

"İran prezidenti Həsən Ruhaninin qarşıdakı Bakı səfəri İran və Azərbaycan arasında əməkdaşlığın səviyyəsini yüksəldəcək".

Strateq.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti Məsud Soltanifər bildirib.

Onun sözlərinə görə, prezident Həsən Ruhaninin Bakıya ən yaxın bir neçə ay ərzində gələcəyi gözlənilir.

M.Soltanifər qeyd edib ki, Həsən Ruhani və Prezident İlham Əliyev son iki il ərzində altı dəfə görüşüblər.

Vitse-prezident bildirib ki, prezidentlər ikitərəfli əlaqələri dərinləşdirmək niyyətindədir. Onun sözlərinə görə, Tehran və Bakı prezidentlərinin görüşləri zamanı 40-dan çox saziş barədə razılaşıblar.

Xatırladaq ki, fevralın sonunda Tehranda keçirilmiş prezidentlərin son görüşü zamanı Tehran və Bakı arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 10-dan çox sənəd imzalanmasına nail olunub.

İran və Azərbaycan arasında əməkdaşlığın sahələrini dəqiqləşdirərək, İranın vitse-prezidenti qeyd edib ki, qonşu ölkələr sənayedən və elmdən tutmuş turizmə qədər bir sıra sahələr üzrə bir neçə layihələrə göz yetiriblər.

Onu da qeyd edək ki, İranın vitse-prezidenti BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakı ilə əlaqədar Bakıya səfər edib.