XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2016 - 12:27

Azərbaycan və Ermənistan xüsusi təyinatlılarının fərqi –VİDEO

xtq-444

Azərbaycan və Ermənistan təmas xəttində son bir ay ərzində vəziyyət yenidən gərginləşib.

Aprelin əvvəlində gedən ağır döyüşlərdə Azərbaycan ordusu düşmənə layiqli cavab verərək bir sıra strateji əhəmiyyət kəsb edən yüksəklikləri ələ keçirib. Bu əməliyyatlarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) böyük rolu olub.

Azərbaycan XTQ Ermənistan XTQ-dən istər fiziki, istərsə də hərbi hazırlıq baxımından çox irəlidədir. Bu fərqi açıq-aşkar göstərə bilmək üçün hər iki XTQ-nin təlimlərinə nəzər salmaq olar. Ermənistan XTQ-də əsgərlərə hərbi xidmət zamanı elə də xoş qarşılanmayan qaz yerişi yeridilir. Təlimlərdə yalnız normativlər əsas götürülür.

Azərbaycan Ordusunda isə vəziyyət tam fərqlidir. 1999-cu ildə yaranan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət tələb edir. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olumaq elədə asan başa gəlmir, bəzi məlumatlara görə, bura gələn 500 nəfərdən kurssonrası yalnız 30 nəfəri "Qırmızı beret"in sertifikatın ala bilir. Bu kurslarda kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə öyrədilir, hətta onlar günlərlə ac və susuz qalırlar, onlara müxtəlif heyvanların ətini (qurbağa, ilan) yeməyi öyrədirlər.

Müxtəlif silahların istifadə qaydası, bombaların hazırlanması, hər hansı ağrıya dözüm və s. öyrədilir. Bu qrumun qulluqçuları əsasən zabit və gizir rütbəsi altında fəaliyyət göstərirlər. 

Bu hərbi qrumun bütün əməliyyat və tədbirləri müəyyən xüsusi xidmət orqanları tərəfindən gizli olaraq saxlanılır(BAKU.WS).