XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

03 İyun 2015 - 13:16

Səfirimiz status yazdı, XİN araşdırmaya başladı – Qalmaqal
makeim

“Uzun müddət Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də, o, dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır”.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, qanında, canında azərbaycanlı qanı olan bir insan bu cür həqarətlə azərbaycanlıları, öz ölkəsini, öz millətini təhqir edə bilməz: “Bu adamın qanında erməni qanı var. O deyir ki, “3 gün Azərbaycanda qaldım, mən qocaldım”. 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əməkhaqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər”.
Millət vəkili deyib ki, bu cür adamın diplomatik vəzifədə çalışması Avropa Şurası, Avropa Parlamenti tərəfindən antiazərbaycan bəyanatlarının yayılmasının başında kimin durduğunu bəlli edir: “Bu adam özü Azərbaycan haqqında bu cür düşündüyü halda Avropa İttifaqında, Avropa Şurasında Azərbaycan haqqında hansı təbliğatı apara bilər? Avropadan gələn bütün insanlar, turistlər, beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn dövlət adamları, prezidentlər Azərbaycanın nə qədər inkişaf etdiyini, Bakının, Azərbaycanın regionlarının nə qədər gözəlləşdiyini qeyd etdikləri halda, Azərbaycanın səfiri burada 3 gün yaşayanda qocalmağı barədə bəyanat yayır. Azərbaycanın sosial-iqtisadi inkişafını, Azərbaycanda tikilmiş üç mindən artıq məktəbi, 500-dən artıq uşaq bağçasını ya bunun gözü görmür, ya da görmək istəmir, çünki qanında erməni qanı var”.
S.Novruzov qeyd edib ki, A.Məmmədovun Azərbaycan haqqında çıxışı Zori Balayanın çıxışı ilə eynidir: “Bu düşüncənin sahibi ancaq erməni ola bilər. Buna görə də, o, dərhal geri çağırılmalı, tutduğu vəzifədən azad edilməli və ona verilmiş bütün diplomatik rütbələr əlindən alınmalıdır”.

50cbab68b3e6189dcf4ad7b78be296dbXatırladaq ki, bu gün həmçinin Eynulla Mədətli Azərbaycanın Ukraynadakı səfiri, habelə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən də geri çağırılıb. Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Əldə olunan məlumatlardan belə görünür ki, Eynulla Mədətlinin geri çağırılması ilə Arif Məmmədovun məsələsi arasında bağlılıq var. Məsələ ondadır ki, A.Məmmədov Feysbukda yazdığı bəzi statuslarına görə hakimiyyətin qəzəbinə gəlib. Haqqın.az saytının məlumatına görə, Bakının Binəqədi rayonundakı yanğından 1 gün sonra A.Məmmədov yazıb: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.97611_src
Maraqlıdır ki, diplomatımızın etiraza çağırış xarakterli bu statusunu bəyənənlər arasında XİN-in bir neçə əməkdaşı, o cümlədən XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, XİN əməkdaşı Fərəh Gözəlova, diplomat Cavid Musayev, XİN əməkdaşı Anar Mədətli, daha bir diplomat Ramiz Vəliyev də var. Adıçəkilən Anar Mədətli isə bu gün vəzifəsindən geri çağırılan Ukraynadakı səfirimiz Eynulla Mədətlinin oğludur.

Qeyd edək ki, bu A.Məmmədovun rəsmi Bakını qəzəbləndirən Feysbukda yazdığı yeganə status deyil. Bu yaxınlarda o, Avropa Oyunlarına ironiya ilə yanaşan başqa bir status paylaşıb: “Avropa Oyunlarının məşəldarları siyahısına xalq arasında sevilən parlaq şəxsləri, məsələn, Siyavuş Novruzov (idmançı və millət vəkili), Əhəd Abıyev (intellektual və millət vəkili), gül kimi Hafiz Hacıyev (nəhəng partiyanın rəhbərini) niyə əlavə olunmasın? ölkənin parlaq “dostları”nı, məsələn, Jirinovski və ya Gennadi Züqanovu da bu siyahıya əlavə etmək olar”.
134

Bundan əlavə A.Məmmədovun Feysbuk səhifəsində Azərbaycanı aşağılayan daha bir statusla çıxış etdiyi iddia olunur: “Təxminən 20 ildir Avropada normal adamların arasındayam… 3 gün Bakıda oldum və artıq qocaldım…”96853_src

Uzun illərdir Azərbaycan hakimiyyətini xaricdə təmsil edən bir şəxsin belə açıqlamalar verməsi əlbəttə, sıradan bir hadisə sayıla bilməz. Bu statusları A.Məmmədovun yazdığı təsdiqlənərsə, onu ciddi cəzanın gözlədiyi şübhə doğurmur. Artıq Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı ilkin açıqlama ilə çıxış edib. O, A.Məmmədov tərəfindən sosial şəbəkələrdə yazılmış statusla bağlı KİV-də gedən məlumatları şərh edərkən deyib:“Biz məlumatla tanış olduq. Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır”.

Son məlumatlara görə, Arif Məmmədovun geri çağırılacağı barədə İKT-yə məlumat verilib. Bundan əlavə XİN-in bəzi əməkdaşları barədə təhqiqat başladığına dair fikirlər var.

Azpolitika.info