XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

27 Aprel 2016 - 14:42

ABŞ İŞİD-in 1 milyarda yaxın nağdpulunu məhv etdi

Rusiya hərbi təyyarələri İŞİD mövqelərinə zərbə endirib

ABŞ İŞİD-in 800 milyon dollar nağd pulunu məhv edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın İraqdakı komandanlığının rəsmisi – general Piter Gersten bildirib.

Generalın sözlərinə görə, İŞİD-in nağd pullarının saxlanıldığı yer ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava zərbələri nəticəsində dağıdılıb.

Gertsen pulların yerini necə öyrəndiklərinə aydınlıq gətirməyib. Dediyinə görə, vəsaitin məhvindən sonra İŞİD sıralarında seyrəlmə başlayıb. Qruplaşmadan qaçanların sayı artıb. Həmçinin İŞİD sıralarına qoşulanlar arasında da azalma müşahidə olunur.

Son məlumatlara görə, İŞİD-in hazırkı büdcəsi 2 milyard 250 milyon dollardır. ABŞ Maliyyə Nazirliyi İŞİD-i ən böyük maliyyə ehtiyatlarına sahib qruplaşma hesab edir.