XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2016 - 16:21

Azərbaycan və Ermənistan prezidentləri görüşməyəcək –Kremldən açıqlama

ilham-sarksyan

Rəsmi Moskva İlham Əliyev və Serj Sarkisyanın yaxın zamanlarda görüşü haqqında verilən məlumatı təkzib edib.

Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Onun sözlərinə görə, Rusiya Bakı və İrəvanın münaqişənin həlli ilə bağlı danışıqların davam etdirilməsini mümkün hesab edir, amma hazırda ölkə rəhbərlərinin görüşündən söhbət belə getmir.

"Nəzərə alsaq ki, münaqişə zonasında gərginlik artır, amma mən belə bir görüşün hazırlanması barədə heç nə eşitməmişəm. Bu da tərəflər arasında birbaşa dialoq prosesini xeyli ləngidir. Bununla belə, Rusiyanın vasitəçiliyi ilə qarşıdurmanı dayandırmaq mümkün olub. Bundan sonra isə çox güman ki, söhbət hərbçilər arasında əlaqələrin davam etdirilməsi haqqında olacaq", – deyə rusiyalı nümayəndə qeyd edib.

Lukaşeviç əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağda vəziyyətə dair məruzə ilə çıxış edə bilərlər. Belə ki, onlar aprelin 6-9-da həmin regionda olublar. Onların bu barədə növbəti məruzəsinin Vyanada olması gözlənilir.

Ötən gün isə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andrie Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışdığını bildirib.

"Biz hər iki ölkənin prezidentləriylə görüşdük və indi biz prezidentlərin görüşünü təşkil etməyə çalışırıq", – deyə Pyer Andrie qeyd edib.

Daha əvvəl prezidentlərin görüşü haqqında Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan danışıb.

"Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə yüksək səviyyədə görüşün mümkünlüyünü və vaxtını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə etməyib” – deyə Akopyan bildirib.

ANS