XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2016 - 08:55

Artilleriya atəşindən Tərtərdə çox sayda evə ciddi ziyan dəyib –Video

terter-ev-16

Bu gecə Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində dinc sakinlərin fərdi yaşayış evlərini artilleriya atəşinə tutması nəticəsində çox sayda evə ciddi ziyan dəyib.

ANS PRESS-in Qarabağ müxbirinin verdiyi məlumata görə, artilleriya mərmilərindən biri Tərtərin Qapanlı kənd sakini Elbrus Tanrıverdiyevin evinə düşüb. Nəticədə ev tamamilə dağılıb, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Erməni silahlı bölmələri Tərtərin Qarağacı kəndini də atəşə tutub. Burada Rəsi Qasımovun evi mərmi düşməsi nəticəsində dağılıb.

ANS PRESS-in bölgə müxbiri Ramil İbrahimov onu da bildirdi ki, atəşkəsin pozulması zamanı yaralanan Ağdamın Əfətli kənd sakini, 38 yaşlı Elnur Məmmədovun vəziyyəti ağırdır.