XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 09:01

Zahid Oruc: «Azərbaycanın 189-cu yerə qoyulması qəsddir»

zahid.jpg

Deputat Zahid Oruc deyir ki, «Freedom House» təşkilatının aprelin 27-də açıqladığı «Mətbuat Azadlığı 2016»  hesabatı ilə razılaşmır, təşkilatın yanaşmasının tamamilə yanlış olduğunu düşünür.

Z.Oruc bildirib ki, Azərbaycanın bu cür qiymətləndirməsi təkcə hakimiyyət nümayəndələrini yox, hamını təəccübləndirib:

«Axı Azərbaycanda hökuməti ən sərt üslubda tənqid edən medialar da var. Onlar basqısız şəraitdə fəaliyyət göstərirlər. İstənilən dəyərləndirmə zamanı belə amillər mütləq nəzərə alınmalı idi».

Deputat medianın maliyyələşməsi, reklam gəlirləri, tirajı və bütün cəmiyyətə çatdırılmasında problemləri istisna etməyib.

O deyib ki, bütün bunların fonunda beynəlxalq medianın durumu ilə müqayisədə hansısa fərqli nəticələrə gəlinə bilərdi. Ancaq Azərbaycanın 189-cu yerə qoyulması qəsddir, bunun heç bir bəraəti yoxdur.

Deputat  düşünür ki, medianın qeydiyyatında problemlər yoxdur.

O deyir ki, tənqidi medianın mövcudluğu belə hesabatlarda mütləq nəzərə alınmalı idi.

«İnformasiya əldə edilməsində də ola bilsin çətinliklər var. Ancaq yaxşı qanunumuz var. Deffamasiya haqqında qanun qalıb, təəssüf ki, konsensus hələ də əldə olunmayıb. 1-2 jurnalistin həbsinə görə belə nəticəni ədalətli saya bilmərəm» – Z.Oruc deyib.