XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 10:52

“Azərbaycan nə Gürcüstan, nə də Ukraynadır” –Ərdoğandan Rusiya və Ermənistana xəbərdarlıq

erdoqan-24

"Ermənistan odla oynayır. Türkiyədə 100 minə yaxın erməni var. Onlardan 50 mini Türkiyə vətəndaşı deyil. Yaşamaq üçün icazəsi olmayanlarla da xoş davranırıq. Biz xoş niyyətli olduğumuzu göstəririk".

Strateq.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Star” qəzetinə erməni həmkarı Serj Sarkisyanın Azərbaycanla müharibəyə hazır olduqları barədə bəyanatını şərh edərkən bildirib.

Ərdoğan bildirib ki, hazırkı vəziyyətdə Rusiya tam şəkildə Ermənistana açıq dəstək göstərə bilmir, çünki Azərbaycanla da qarşılıqlı əlaqələri var: “Azərbaycanın azad etdiyi yerlərlə bağlı “bizim üçün əhəmiyyətli deyil” desələr də, Ermənistanı qorxu bürüməyə başlayıb. Ərazi, əsgərlərin sayı və digər imkanlar baxımından Azərbaycanın gücü Ermənistanla müqayisəyə gəlməz.

Azərbaycan ətrafındakı ölkələrə bənzəməz. Nə Gürcüstan, nə də Ukraynaya bənzəyir. Rusiya Ukraynada da istədiyi nəticəni ala bilmədi. Sadəcə Krımda tatarların sayı az olduğu üçün orada bir nəticəyə nail oldu. Rusiya düzgün hərəkət etmir”, – deyə, Ərdoğan bildirib.