XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 12:48

Ermənilərin Ağdama atdığı raketlərin dağıtdığı evlər… –FOTOLAR

daginti-agdam

"Ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub".

Bunu Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.

O qeyd edib ki, aprelin 1-dən bugünədək olan hadisələrin ən ağırı ayın 27-dən 28-nə keçən gecə olub: "Bu gecə atılan mərmilərin sayını konkret olaraq demək mümkün deyil. Rayon ərazisinə yüzlərlə mərmi düşüb. Gecə atəşkəsin pozulması nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Ağdam rayon İcra Hakimiyyəti nümayəndəliyinin mühasibi isə kontuziya alıb. Onlarla ev dağılıb, yüzlərlə mal-qara qırılıb".

İcra başçısının sözlərinə görə, aprelin əvvəlindən rayonun Qaradağlı kəndində 27, Zəngişalı-Mahrızlıda 5 ev, Çəmənlidə 3 ev, Əfətlidə 7 ev dağıdılıb: 

"Hazırda araşdırma gedir, ola bilsin ki, bu rəqəmlər artsın. Bu gecədən səhər saat 5-ə qədər kəndlər artilleriyadan atəşə tutulub, kənddə nəyisə nəzarətdə saxlamaq mümkün olmayıb. Saat 5-dən etibarən isə bizim nümayəndələr, Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərə göndərilib. Hazırda kəndlərə nə qədər ziyan dəyməsi ilə bağlı son məlumatlar toplanır, rəqəmlər dəqiqləşdirilir".

Report.az