XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 14:46

“Ermənilərin bütün yaxın kəndlərini darmadağın etməliyik” –Deputat

fazil-esas

“Ermənilərin bütün yaxın kəndlərini darmadağın etməliyik”.

Bu fikirləri millət vəkili Fazil Mustafa deyib.

O hesab edir ki, Azərbaycanın bundan başqa yolu yoxdur: “Azərbaycan bütün imkanlardan, o cümlədən artileriyalardan istifadə etməlidir”. 

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının sözlərinə görə, Ermənistan işğalçı siyasətindən əl çəkmədiyini nümayiş etdirməkdə davam edir: 

“Onlar beynəlxalq çağırışlara məhəl qoymamaqda və çox ciddi təhlükə yaratmaqdadır. Ermənistan bunu son hərəkətləri ilə nümayiş etdirir. Azərbaycanın göstərmiş olduğu humanizmi, problemin sülh yolu ilə həll olunmasını lazımi şəkildə qiymətləndirmir. Nəinki cəbhə bölgəsinə, təmas xəttində də bizim hərbi qüvvələrimizin yerləşmiş olduğu məkanlara və mülki əhaliyə də atəş açmaqda davam edir. Çox böyük dağıntılar, mülki əhali arasında yaralanan və ölənlər var. Bununla bağlı Müdafiə Nazirliyinin mövqeyi ortalıqdadır. Eyni zamanda Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatlarına müraciəti göndərilib. Bu da çox yaxşı haldır. Mənə elə gəlir ki, Ermənistan və onun işğalçı siyasətinə son qoymağın zamanıdır. Artıq onlar heç bir danışıqlara getmir. Ermənistan prezidenti, hərbi cani, Azərbaycanın əhalisinə hər zaman qənim kəsilən, qan axıtmaqdan zövq alan, qaniçənin puntasını darmadağın etmək üçün Azərbaycan silahlı qüvvələri hərəkətə keçməlidir. Ermənistana ağır və sarsıdıcı zərbələr endirilməlidir. Yalnız bu yolla torpaqlarımız işğaldan tamamilə azad oluna bilər. Mən bundan əlavə alternativ yol görmürəm”.

aznews.az