XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2016 - 15:43

“Bəzi vəzifə sahibləri də var ki, yaşlaşdıqca zəifləyir, paslanırlar” –Deputat

qudret-2.jpg

"Əvvəllər attestasiya var idi, indi isə məmur sertifikat almalıdır. Biz axı, nəyə görə məmurları bu qədər yük altında saxlayırıq? Onların ürək xəstəsi, şəkər xəstəsi olanı var”.

Bunu deputat Qüdrət Həsənquliyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dövlət qulluqçularına bəzi məsələlərdə sərbəstlik vermək lazımdır: "Onlara əksinə, sərbəstlik vermək lazımdır. Kimlərsə əgər öz işlərini düzgün qurmasa, nöqsana yol verərsə, işindən çıxarılar. Amma onları bu qədər yükləmək nəyə gərəkdir, heç anlamıram.

Düzdür, Azərbaycanda dövlət qulluğuna işə qəbulla bağlı prosedur, test imtahanı çox şəffaf və mütərəqqidir. Ancaq ikinci mərhələ – müsahibə haqqında bunu demək olmaz. Bu mərhələ hər zaman problem, narazılıq yaradıb. Odur ki, bu gün müzakirəyə çıxarılan variant həmin narazılığı bir qədər də artırmış olacaq".

Komitə üzvü vurğulayıb ki, məmurlar, vəzifəli şəxslər var ki, işlədikcə, yaşlaşdıqca parıldayır, müdrikləşir:

"Yəni, bəzi məmurlar da işlədikcə parıldayır, müdrikləşir. Amma bəzi vəzifə sahibləri də var ki, loru dillə desək, yaşlaşdıqca zəifləyir, paslanırlar.  İndi bizim qanun yaradıcılığı ilə məşğul olan bəzi məmurlarımız da var ki, artıq paslanıblar, yorulublar. Bir neçə dövlət rəhbəri dəyişiblər. Ona görə həmin şəxslərin də yenilənməsi, əvəzlənməsi lazımdır. Bir xanım mənə müraciət etmişdi ki, bəs həm imtahandan, həm müsahibədən keçib. Hətta ona deyiblər ki, vəzifəyə də təyin olunacaqsan. Ancaq sonra deyiblər ki, başqasını götürmüşük. 

Mən bu məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər Əsədovla danışdım. O da sağ olsun, yeganə nazirlərdəndir ki, deputatların zənglərinə cavab verir. Amma mənə cavabı bu oldu ki, müsahibədən 5 nəfər keçmişdi, biz də onlardan birini seçdik. Ona görə də müzakirəyə çıxarılan sənədi elə hazırlamalı və qəbul etməliyik ki, bir müddət sonra onu ləğv etməyək. Son zamanlar parlamentə bəzi qanunlar gəlir, baxırıq, qəbul edirik, sonra da onları ləğv etmək zorunda qalırıq".

Modren.az