XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 10:05

“İnzibati tədbirlərə əl atmaqdansa,…” – Mikayıl Cabbarov xəbərdarlıq etdi

“Azərbaycanda yaşı 6-dan çox olan uşaqların 1-ci sinfə gec getməyinə görə inzibati tədbirlərə əl atmaqdansa, insanların “şüur”unun üzərində çalışmaq lazımdır”.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir ötən tədris ilində 6 yaşı tamam olmuş xeyli sayda uşağın 1-ci sinfə qəbul olunmadığını deyib. Onun sözlərinə görə, orta təhsillə bağlı nümunəvi əsasnaməyə görə, məcburi təhsilə cəlb olunma yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biridir:

“ümid edirəm ki, onlar yerli qurumlarla, yerli təhsil şöbələri ilə sıx işləyirlər. Təbii olaraq, burada ictimaiyyətin, medianın da rolu çox mühümdür. Bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına, təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur. Onlarda inzibati cəzalar da olur. Bəzi ölkələrdə isə bu Cinayət Məcəlləsinin müvafiq maddəsinin pozuntusu kimi hesab edilir”.

Nazirin sözlərinə görə, hazırda məktəblərin 1-ci siniflərə qəbul prosesi davam edir və yeni tədris ilində 1-ci sinfə qəbul olunacaq şagirdlərin sayının artacağı gözlənilir.