XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 10:35

İcra başçısı partiya funksionerini tutdurdu – Spikerin qudasından şok addım
Bu gün KXCP-nin Samux rayon şöbəsinin sədri Tahir Abdullayev həbs olunub. O, rayonun icra başçısının qəbuluna düşdükdən sonra həbs edilib.
Strateq.az xəbər verir ki, bunu musavat.com-a KXCP-nin sədr müavini Xəzər Teyyublu deyib.
O, bildirib ki, Tahir Abdullayev icra başçısı Alı Qocayevin qəbuluna düşdükdən sonra onun göstərişi ilə tutulub:
Samuxda əhalinin sosial problemləri hədsizdir. Camaat əkin yerlərini suvara bilmir. Su tapılmır, müxtəlif yollarla möhtəkirlər əhaliyə su satır. Dövlət tərəfindən bu işlər yarıtmaz vəziyyətdə edilir, bu səbəbdən insanlar əkin yerlərini sulaya bilmirlər. Problemlər, sosial-iqtisadi vəziyyət acınacaqlı olan Samuxda bizim şöbənin sədri camaata dəstək olmağa çalışıb. Tahir bəy istəyib ki, məsələni icra başçısının diqqətinə çatdırsın. O, icra başçısının qəbuluna yazılıb və burada problemləri qaldırıb. Bu zaman mübahisə yaranıb. İcra başçısı məsələlərdən qəzəblənərək polis idarəsinə göstəriş verib və Tahir bəyi həbs ediblər. O, rayon əhalisinin sosial problemlərini qabağa durub icra hakimiyyəti başçısına çatdırdığı üçün bu vəziyyət yaranıb. O, icra başçısının qəzəbinə tuş gəlib”.
Strateq.az xəbər verir ki, Alı Qocayev spiker Oqtay Əsədovla qudadır.
Strateq.az