XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 11:54

Prezident İlham Əliyev yeni Qanun təsdiqlədi

Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Strateq.az xəbər verir ki, bununla “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər olunub.

Sənədə əsasən, Əmək Məcəlləsinin 1-ci əlavəsi olan “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.3-cü bəndində dəyişiklik edilib. Bundan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minən gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

Qeyd edək ki, indiyədək əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənirdi.