XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 17:16

Azərbaycan polisi Rusiyada xüsusi əməliyyat keçirdi

Rusiyada Amur Cinayət Axtarışı İdarəsinin əməkdaşları 40 yaşlı azərbaycanlını saxlayıblar.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, azərbaycanlının öz ölkəsindən qaçaraq Rusiyaya getdiyi bildirilir.

Rusiya kütləvi informasiya vasitəələrinin yaydığı məlumata görə, saxlanılan şəxs Azərbaycanda fırıldaqçılıqda ittiham olunur. O, beynəlxalq axtarışa verilib.

40 yaşlı azərbaycanlı Yekaterinoslavka Oktyabrsk rayonunda saxlanılıb. Onun saxlanılması üçün keçirilən xüsusi əməliyyatda Rusiya polisi ilə birlikdə Azərbaycan polisi də iştirak edib.

Hazırda cinayətkarın Azərbaycana ekstradisiyası məsələsi həll olunur.