XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 16:09

“Rusiya erməniləri dəstəkləyərsə, Türkiyə Azərbaycanda hərbi baza qurmalıdır!” –Ekspert

elxan-sahinoglu-esas

"Rusiyanın ölkəmizə təzyiqi ilə yanaşı, Dağlıq Qarabağ separatçılarına hərbi dəstəyinin aşkarlanması halında, Türkiyənin Azərbaycanda hərbi baza qurmasıyla bağlı rəsmi Bakının Ankara ilə təmaslara başlaması vacib olacaq".

Strateq.az xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Elxan Şahinoğlu deyib.

O bildirib ki, Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirib yerləşdirməyəcəyi Moskvanın ölkəmizə yönəlik siyasətindən asılı olacaq:

"Məsələn, Ermənistan yenə Naxçıvana qarşı təxribata əl atarsa elə başlanğıc olaraq, Türkiyənin Naxçıvanda hərbi bazası qurulmalıdır ki, düşmən və onun dəstəkçisi yerini bilsin. Bəziləri deyirdilər ki, Türkiyə NATO üzvüdür və guya bu qurumun kollegial qərarı olmadan təşkilata üzv olmayan ölkədə hərbi baza yerləşdirilə bilməz.

Türklər demişkən, bal kimi də yerləşdirmək olar. Baş nazir Əhməd Davudoğlu dünən Qətərə səfəri zamanı elan etdi ki, Türkiyə Qətərdə hərbi baza qurub. Bu iki dövlət arasında bir müddətdir aparılan danışıqların məntiqi nəticəsidir. NATO üzvü Türkiyə Qətərdə hərbi baza yerləşdirirsə, müxtəlif təhlükələrlə üzləşən strateji müttəfiqi olan Azərbaycanda niyə yerləşdirməsin?".