XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

29 Aprel 2016 - 17:55

«Telegraph»dan sensasion iddia:"Avropa Birliyi ABŞ kəşfiyyatının layihəsidir"

avropa birliyi

"Avropa Birliyi ABŞ kəşfiyyatının layihəsidir".

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu iddia ilə Britaniyanın «Telegraph» nəşri çıxış edib.

Qəzet yazır ki, ABŞ-ın Britaniyanı Avropa Birliyində saxlamaqla bağlı cəhdləri məhz bununla bağlıdır. 

«Telegraph» ABŞ Dövlət Departamentinin sənədlərinə istinadən edən qeyd edir ki, Avropa Birliyi Mərkəzi Kəşfiyyat İdarəsinin maliyyəsi ilə qurulub: «Sənədlərdən məlum olur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Avropa Birliyini hələ ötən əsrin ortalarından maliyyələşdirib. Britaniyaya xüsusi diqqət ayrılıb və onun qurumda iştirakı ABŞ üçün prioritet sayılıb. ABŞ kəşfiyyatı Avropanın Vaşinqtondan asılılığını qorumağa çalışıb. Və qurumun alternativ maliyyə qaynaqları axtarışına var gücüylə mane olub».

Xatırladaq ki, iyunun 23-də Britaniyanın Avropa Birliyində qalıb-qalmaması ilə bağlı ümumxalq referendumu keçiriləcək. Son sorğular britaniyalıların əksəriyyətinin AB-dən çıxmağa tərəfdar olduğunu göstərir.