XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2016 - 19:24

Rusiyanın Baş konsulluğu atəşə tutuldu- Rus diplomatlar hadisəni terror kimi qiymətləndirir

Rusiyanın Hələbdəki Baş konsulluğu atəşə tutulub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilir ki, konsulluğun ərazisinə 1 mina düşüb. Daha 3 mina isə hasarın yaxınlığında partlayıb. 

Rusiyalı diplomatlar hadisəni terror hücumu kimi qiymətləndirir. İlkin ehtimallara görə, hücumu təşkil edən «Ən-Nüsra Cəbhəsi»nin silahlıları olub. 

Qeyd edək ki, Rusiyanın Suriyanın Hələb şəhərindəki konsulluğu 2013-cü ilin yanvarından fəaliyyətini dayandırıb. Qurumun əməkdaşları evakuasiya olunaraq Dəməşqə köçürülüb.