XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 21:50

Prezident:“Müayindən keçən 5 milyon vətəndaşın 91 faizi tam sağlamdır”

ilham aqsu

 

“Bu il 5 milyona yaxın insan müayinədən keçibdir və mənə verilən məlumata görə, onların 91 faizi tam sağlamdır. Səkkiz faiz isə ambulator müalicə ilə təmin edilibdir”.

Strateq.az bildirir ki, bu sözləri prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, onun göstərişi ilə  bir neçə ildir ki, ölkə üzrə dispanserləşdirmə aparılır, insanların müayinədən keçməsi işləri lazımi səviyyədə görülür.

 “Bu, əlbəttə ki, bir daha Azərbaycanın sosial siyasətini göstərir. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün, əlbəttə ki, vaxtında müayinədən, diaqnostikadan keçmək, analizləri vermək lazımdır. Əgər hər hansı bir xəstəlik aşkar olunarsa, çox gözəl tibbi xidmət göstərilməlidir. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən xəstəxanalar var”, -deyə prezident İlham Əliyev vurğulayıb.

Prezident çıxışında qeyd edib ki, son illər ərzində Azərbaycanda 500-dən çox xəstəxana, tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib.