XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

02 May 2016 - 17:07

“Allahın əsgərləri”:Fransız jurnalist İŞİD-çilərin arasında yaşadı və film çəkdi


İŞİD sıralarına gizli nüfuz edib onların arasında yaşayan fransız jurnalist görüb-eşitdiklərini ictimailəşdirmək üçün sənədli film hazırlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalist yarım il ərzində gizli çəkilişlər apara bilib. Və bu kadrlar bu gün Fransada efirə gedəcək «Allahın əsgərləri» adlı sənədli filmdə nümayiş olunacaq.

Səid Rəmzi psevdonimli jurnalist deyir ki, məqsədi İŞİD-çilərin beynindən nələrin keçdiyini, niyyətlərinin nə olduğunu öyrənmək olub. Ötən müddət ərzində dərk etdiyi əsas məqam da bu olub ki, İŞİD-in İslam dini ilə hər hansı əlaqəsi yoxdur.

Müsəlman olduğunu deyən S.Rəmzi Fransada 13 noyabr terrorunu həyata keçirən İŞİD-çilərlə eyni yaşlarda olduğunu da bildirib: «Onların arasında qaldığım müddətdə öyrəndiyim ən vacib məqam bu oldu ki, İŞİD-in İslamla hər hansı ortaq nöqtəsi yoxdur. Orada olanlar dünyanı yaxşılaşdırmaq uğrunda çalışmırlar. Onlar sadəcə itirilmiş, manipulyasiya edilməsi asan olan gənclərdir. İŞİD-in mövcud olduğu əsrdə doğulmaqla bəxtləri gətirməyib. Və bu çox kədərlidir. Bu gənclər nəyinsə axtarışında olublar və görün, nə tapıblar».