XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

02 May 2016 - 17:23

Prezident yeni qanunu təsdiqlədi –“Kupça”ların verilməsində dəyişiklik

ilham-eliyev-teze

Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə görə, əmlakın qeydiyyatı və digər əməliyyatların müddətinin azaldılıb.

Belə ki, qanunun 9.2-ci maddəsinə görə, daşınmaz əmlakın qeydiyyatı və çıxarışın verilməsi üçün maksimum müddət 20 gündən 10 iş gününə endirilib. Bununla yanaşı, qeyd edilib ki, qeydiyyat prosesi üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar bu müddət 5 iş gününədək uzadıla bilər.

Qanunun 14.2-ci maddəsinə nəzərdə tutulan dəyişikliklərə görə isə, qeydiyyat prosesi zamanı qeydiyyat orqanının, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sorğularına daha tez cavab vermək lazım gələcək. Belə ki, hazırda qanuna əsasən şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına göndərilən sorğulara 10 gün müddətində cavab verilməlidir. Dəyişikliklərdən sonra isə bu müddət 7 günə endirilib.

Nəhayət, qanunun 20.3-cü maddəsinə nəzərdə tutulan dəyişikliyə görə, ipotekanın qeydiyyatı üçün maksimum müddət 5 iş günündən 3 iş gününə endirilib.

Fins.az