XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2016 - 20:11

İŞİD yeni enerji sahələri ələ keçirdi – “Xilafətçilər” neft-qaz ticarətindən ildə 2 milyard dollar qazanır

IŞİD, Suriye'deki Şaar gaz sahasını ele geçirdi

 

İŞİD Suriyanın Xüms vilayətində Əsəd rejiminin nəzarətində olan Şaar qaz sahəsini tamamilə ələ keçirib.

Strateq.az yerli qaynaqlara istinadən xəbər verir ki, İŞİD bu zamana qədər bir hissəsini əlində tutduğu Şaar qaz sahəsinə dünən gecə hücuma keçib. Sahənin hamısını bu gün günorta ələ keçirən “xilafətçilər” qarşıdurmalarda 15 rejim əsgərini öldürdüklərini bildirirlər.

Bölgəyə nəzarəti itirdikdən sonra rejimə aid ordu  hava hücumuna başlayıb və bir neftayırma müəssisəsini vurublar.

Xilafətçilər bununla da kifayətlənməyib, Şaarın şimal-qərbindəki Muhur neft sahəsinə doğru irəliləyib, bu bölgədəki yüksəklikləri də ələ keçirib.

İŞİD-in xüsusilə neft və qaz bölgələrinə yönəlməsi təsadüfi deyil. Suriyada fəaliyyətə başladığı 2013-cü ilin ortalarından bu yana onun müharibə strategiyasının əhəmiyyətli hissəsi enerji sahələri boyunca irəliləmək olub. “Xilafət”in hazırda əlində tutduğu Deyr əz-Zur, Rakka, Xüms və Həsəkə də Suriyanın əsas enerji sahələri hesab olunur. İraqın əsas enerji sahələrindən biri olan Mosul da İŞİD-in nəzarətindədir. Şahidlərin dediyinə görə, bu ərazilərdə yerləşən bütün neft və qaz yataqlarını təşkilat 24 saat nəzarətdə saxlayır.

İŞİD-in əsas gəlir mənbəyinin enerji qaynaqları olduğunu nəzərə alsaq, təşkilatın bu sahələrə göstərdiyi diqqətin əsil səbəbini anlaya bilərik: “xilafətçilərin” enerji daşıyıcıları ticarətindən hər il 2 milyard dollar qazandığı güman olunur. Bu səbəbdən də qərblilər İŞİD-i “dünyanın ən varlı terror təşkilatı” adlandırırlar.