XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 08:31

Məhbuslardan dirəniş dərsi:Suriya məhbəsləri belə insan əzmi qarşısında acizdir

Suriye'nin Hama hapishanesinde idam isyanı | VİDEO

Suriya insan hüquqları məfhumunun indiyə qədər ayaq basmadığı coğrafiyalardandır. Bu zamana qədər Əsəd rejiminin represiya siyasəti nəticəsində öz haqqını axtaran insanların ən vəhşi işgəncələrlə qətlə yetirildiyi bu coğrafiya son 5 ildə baş verən vətəndaş müharibəsilə, ümumiyyətlə, yaşanmaz hala gəlib. Fərqli düşüncələrə qənim kəsilən ölkədə bütün cəbhələr bir-birinin qanına susayıb; iqtidar müxalifləri, müxaliflər iqtidarı edam etməkdən çəkinmir.

Zindan, mahiyyət etibarilə, insan hüquqlarının məhdudlaşdırıldığı məkan olaraq xarakterizə edilir. Hansı rejimlə idarə olunmasından asılı olmayaraq, bu, bütün ölkələrdə belədir. Təbii ki, Suriya da bu qanunauyğunluğa tabedir. Yəni bu ölkədə olmayan insan hüququna sayqısız yanaşma onun zindanlarından nəinki yan keçməyib, hətta daha betər hala düşüb. İnsan ağlına gələn ən dəhşətli işgəncələr, edamlar Suriya həbsxanalarının adi mənzərələridir.

Strateq.az oxucularına təqdim etdiyimiz aşağıdakı video insanoğlunun zülmə qarşı dirənişini Suriya zindanlarında belə, davam etdirəcək əzmə və gücə sahib olduğundan xəbər verir.

Video ölkənin Hama şəhərindəki bir zindanda çəkilib. Təkbir səsləriylə ayağa qalxan məhbuslar öz həbsxana dostlarından 5-nin edam hökmünə etiraz edirlər. Məlumata görə, üsyançılar edama məhkum olunmuş dostlarını dar ağacına aparmağa gələn məmurları əsir götürüb etiraz aksiyasına başlayıblar. Videonun çəkildiyi an 1 ədliyyə polkovniki, 2 mayor və bir neçə təhlükəsizlik əməkdaşının üsyançıların əlində olduğu bildirilir. Həbsxananın mühasirəyə alındığı, dövlət adamlarının üsyançılarla danışıqlar apardığı və məhbusların öz yoldaşlarını təhvil verməməkdə israr etdikləri gələn məlumatlar arasındadır.

Hama həbsxanasında baş verən bu üsyan ilk deyil. Ötən il də həbsxanadakı qanunsuzluqlara qarşı ayağa qalxan məhbuslar hökumət qüvvələrinə ciddi müqavimət göstərmiş və təhlükəsizlik qüvvələrinin geri çəkilməsinə nail olmuşdular. Yüzminlərlə vətəndaşını qətlə yetirməkdən çəkinməyən Bəşər Əsəd rejimi ötən ilki bu məhbus üsyandan sonra həbsxanalardakı işgəncələrə son vermək məcburiyyətində qalmışdı.

Hama dirənişçilərinin bu il də öz məqsədlərinə nail olub-olmadıqları bilinmir. Buna baxmayaraq, onlar dirənişləriylə artıq tarix yazıb, insan oğlunun hətta Suriya məhbəslərində belə, öz hüquqları uğrunda mübarizə apara biləcəklərini sübut ediblər.

Heydər Oğuz