XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2016 - 14:45

4 gündə Rusiya ilə ABŞ bir-birinə 5 dəfə “ilişib” –Baltik dənizində

Baltık'ta NATO jetleri Rus uçakları için havalandı

 

NATO Hava Qüvvələrinin reaktiv təyyarələri 26-30 aprel tarixində Baltik dənizində Rus təyyarələri üçün beş dəfə “havalanıb”.

Starteq.az  xəbər verir ki, məlumatı Litva Müdafiə Nazirliyi yayıb.

 Məlumata görə, 26 Aprel tarixində NATO qırıcıları, aldıqları həyəcan siqnalına  müvafiq olaraq “Şiauliai” hava bazasından havaya qalxaraq, Rusiyanın Kaliningrad şəhərindən “havalanan” Su-27 qırıcı təyyarəsini müşaiyyət ediblər.

27 apreldə də bənzər hadisə yaşanıb. Bu dəfə “izlənən” Rusiyanın il-38 təyyarəsi olub. 28 Aprel tarixində isə NATO Hava Polisi İl-18 və İl-38 tipli Rus təyyarələri üçün iki dəfə havaya qalxıb. Litva Müdafiə Nazirliyi 29 Apreldə də NATO reaktiv təyyarələrinin Rusiyanın İl-20 təyyarəsi üçün havalandığını qeyd edib.

Daha əvvəl isə Baltik dənizinin beynəlxalq sularda Rus reaktiv təyyarələri Amerikanın kəşfiyyat təyyarəsiylə “icəşmişdilər”. Rus təyyərəsiniz ABŞ təyyarəsinə 7,5 metr qədər yaxınlaşdığı qeyd edilmişdi.

Mövzuyla əlaqədar şərhində Pentaqon sözçüsü Laura Seal, 29 apreldə Baltik dənizinin beynəlxalq sularda Amerikanın RC-135 təyyarəsinə rus SU-27 döyüş təyyarəsi tərəfindən təhlükəsizlik və peşəkarlıq qaydalarına uyğun gəlməyən bir şəkildə təcavüz edildiyini demişdi.