XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2016 - 15:53

Prezident yeni yaradılan mərkəzlə bağlı sərəncam verdi –Yeni təyinatlar oldu

ilham-eliyev-teze

Prezidenti tərəfindən yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Mərkəzin Müşahidə Şurasının üzvləri təyin edilib.

Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüsal Hüseynovdur.

İclasda Mərkəzin fəaliyyətinin təşkili və strateji inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

Müşahidə Şurasının qərarına əsasən Vüsal Əfras oğlu Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru təyin edilib. Vüsal Qasımlı iqtisad üzrə fəlsəfə doktorudur.