XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 17:36

İspaniya Putinin yaxın adamlarının həbsinə order verdi- Mafiya qalmaqalı

İspaniyanın Yerli Məhkəmə Kollegiyası Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan bir neçə şəxsin həbsinə order verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya vətəndaşları olan bu şəxslər mafioz fəaliyyətlərdə ittiham olunurlar.

Əsas şübhəlilərdən biri Aleksandr Matusoviç Reznikdir. Reznik Rusiya Dumasında kredit qurumları və maliyyə bazarı komitəsinin rəhbəri, həmçinin Milli Bank Şurasının üzvü olub. Digər əsas şübhəli isə Nikolay Nikolaeviç Aulovdur. Aulov Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairəsinin rəisidir.

İspaniyanın «El Mundo» nəşrinin yazdığına görə, hakim Xose de la Mata bu şəxslərin hər biri barədə ciddi ittihamların olduğunu bildirib.  

Həbslə bağlı order xüsusi əməliyyatdan sonra verilib. 2008-ci ildən başlayan bu əməliyyat çərçivəsində iki ayrı cinayətkar dəstənin liderləri – Gennadiy Petrov və Aleksandr Malışev, həmçinin daha 20 nəfər həbs olunmuşdu.