XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 17:56

Mərkəzi Bankın faiz dərəcəsi ilə bağlı yeni qərarı –Açıqlama

merkezi bank

Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı yeni qərarını açıqlayıb.

Strateq.az xəbər verir ki, bu barədə bank xüsusi açıqlama yayıb.

Açıqlamada bildirilir:

"Mərkəzi Bank öz mandatına uyğun olaraq makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirləri davam etdirir. Pul siyasətinin başlıca məqsədi olan qiymət sabitliyini təmin etmək üçün çevik monetar əməliyyatların aparılması istiqamətində zəruri işlər görülməkdədir.

Milli iqtisadiyyatda vəişgüzar fəallıqda müşahidəedilən son meyillər, məcmu tələbin həcmi vəstrukturunda baş verən son dəyişikliklər nəticəsində inflyasiyanın formalaşmış faktiki səviyyəsi və inflyasiyaya təsir edən əsas tsiklik vəstruktur amillərin davranışı, habelə inflyasiya gözləntilərinin sabitləşməsi faiz dəhlizinin yuxarı həddinin aşağı endirilməsini şərtləndirir. Eyni zamanda son dövrlər dövlət qiymətli kağızları üzrə gəlirlikdə, habelə banklararası pul bazarında faiz dərəcəsində müşahidə edilən meyillərdə buna əsas verir.

Digər tərəfdən, Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitləşdirilməsi siyasəti çərçivəsində müvafiq iqtisadi qurumlarla birgə razılaşdırılmış pul proqramına uyğun olaraq pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün müvafiq həcmdə likvidliyin sterilizasiyası əməliyyatlarının da aparılmasını planlaşdırır. Bu isə faiz dəhlizinin aşağı həddinin qaldırılmasını zəruri edir. Faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə sterilizasiya əməliyyatlarının aparılması milli valyutada yığımların cəlbediciliyini yüksəltməklə manata olan inamın artması vəvalyuta bazarında tarazlığın dəstəklənməsi baxımından daəhəmiyyətlidir.

Bütün bunları, habelə cari il üçün sıx kooordinasiya rejimində həyata keçirilməsi nəzərdətutulan monetar, fiskal və maliyyə sabitliyi siyasətlərindən irəli gələn vəzifələri nəzərəalaraq, Mərkəzi Bankın İdarə Heyəti 3 may 2016-cı il tarixindən uçot dərəcəsini 7% səviyyəsində dəyişməz saxlamaqla likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%-dən 4%-ə qaldırmaq, yuxarı həddini isə 17%-dən 15%-ə endirmək barədə qərar qəbul etmişdir".

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən faiz dəhlizinin aşağı vəyuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə 1 gündən 7 günədək olan müddətə likvidliyin verilməsi və cəlb olunması əməliyyatları həyata keçirilir.

Banklar qısamüddətli likvidliyin idarəolunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə məhdudiyyətsiz olaraq istifadə edə bilərlər.