XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 20:23

Avropa Birliyi vahid ordu yaradır- Almaniyadan prosesi sürətləndirən real addım

Almaniya Avropada vahid ordu ideyasını gerçəkləşdirmək istiqamətində səylərini artırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «The Financial Times» qəzeti alman hökumətinin hazırladığı qanun layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hökumət layihəni bu ilin iyul ayında təqdim edəcək: «Bu, son illər ərzində məlum təşəbbüsün gerçəkləşməsi üçün ən real addım sayılır. Sənəd ordunun fəaliyyətini koordinə etmək üçün müdafiə nazirlərinin Avropa üzrə vahid baş komandanlığının yaradılmasını, həmçinin hərbi texnikanın birgə istehsalı və istifadəsini nəzərdə tutur. Berlin bütün bunlarla yanaşı, kibertəhlükəsizlik sahəsində də əməkdaşlığı gücləndirməyi planlaşdırır".

Hələ ötən ilin noyabrında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Brüsseldə bəyan etmişdi ki, Avropa Birliyinin vahid ordusu olmalıdır. Bu ideyanı ilk dəstəkləyən Almaniya kansleri Angela Merkel olmuşdu. Onun ardınca Almaniyanın müdafiə və xarici işlər nazirlərindən də müsbət reaksiya gəlmişdi.

Onlardan fərqli olaraq Kreml isə ideyanı təpki ilə qarşılamışdı.