XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2016 - 20:30

“Bin Laden”Məkkənin qəzəbinə gəlib

 

Suudi Arabistan yönetimi Bin Ladin şirketindeki krize el attı

Səudiyyə Ərəbistanı Əmək naziri Məfrəc əl-Həqbani, 6 aydır maaş ala bilməyən “Bin Ladin” şirkəti işçilərinin maaş problemini tezliklə həll edəcəklərini açıqlayıb.

Strateq.az-ın bildirdiyinə görə, Riyadda qatıldığı bir toplantıda danışan Həqbani işçilərin bir hissəsinin bu ay, digərlərinin isə daha sonra maaşlarını alacaqlarını deyib.

Əl-Qaidənin qurucusu Üsəma Bin Ladenin atası tərəfindən 1931-ci ildə qurulan və hazırda dünyanın ən böyük inşaat firmalarından biri kimi tanınan şirkətin öz işçilərinin pulunu verə bilməməsinin səbəbi də aydınlaşıb. Sən demə, bu, heç də neftin dünya bazarında qiymətinin enməsi səbəbindən Səudiyyə Ərəbistanının yaşadığı iqtisadi böhranla bağlı deyilmiş. “Bin Laden” şirkəti ötən il həcc ziyarətində yaşanan faciənin qəzəbinə gəlibmiş.

Məlumata görə, həcc ziyarətinin ilk günlərində baş verən və 109 zəvvarın ölümüylə nəticələnən qaldırıcı kran qəzasında faciəyə yol açan texnika bu şirkətə məxsus imiş.

Səudiyyə Ərəbistanının “Əl-Vətən” qəzeti bildirir ki, qəzadan sonra şirkətin yeni tenderlərə girməsi qadağan edilib. Beləcə, çətin günlər yaşayan 85 illik nəhəng tikinti şirkəti indiyə qədər 77 min işçisini ixtisara salmalı olub. İşdən çıxarılanların hamısının isə əcnəbilər olduğu bildirlir. Xəbərdə, həmçinin, 17 min Səudiyyə Ərəbistanı vətəndaşı işlədən şirkətin yaxın günlərdə briqadir, mühəndis və müfəttişlərdən ibarət 12 min yerli işçiylə də yollarını ayıracağı güman olunur.

Şirkət səlahiyyətliləri bu iddiaları yalanlayaraq, işçi sayının həyata keçirilən layihələrlə balanslı bir şəkildə müəyyənləşdirildiyini və mətbuatda çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini deyirlər.

Xatırladaq ki, altı aydır maaşlarını ala bilməyən 2 minə yaxın işçi dünən şirkətin Ciddədəki binası qarşısında nümayiş keçirmiş, maaşlarının ödənməsini tələb etmişdi. Daha sonra onlar şirkətə aid 9 avtobusa od vurmuşdular.

 Hazırda şirkətin 217 min işçisi olduğu təxmin edilir.