XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 21:38

Türkiyə Şengen ölkələrinəvizanı ləğv etdi

Türkiyədə Şengen ölkələri ilə viza məhdudiyyətinin ləğvini nəzərdə tutan qanun qüvvəyə minib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyinin də razılığından sonra qanunun icrasına başlanılacaq və Türkiyə vətəndaşları Şengen ölkələrinə vizasız gedib-gələcək.

Mayın 4-də Avropa Komissiyası Türkiyə ilə viza danışıqlarının sonuncu mərhələsinə dair hesabata baxacaq. Hesabat müsbət rəy alarsa, hazırlıq prosesinə start veriləcək və iyunun 30-da Türkiyə vətəndaşları üçün viza rejimi aradan qalxacaq. 

Bu qərar Türkiyə ilə Avropa Birliyi arasında miqrant sazişinin bir hissəsidir. Viza rejiminin ləğvindən sonra Ankara Avropa Birliyi ölkələrinə köç edən miqrantların bir hissəsini Türkiyəyə qaytarmalı və yeni qaçqın axınının qarşısını almalıdır.