XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 21:54

İqbal Ağazadəyə etiraz etdi, istefa verdi –"Ümid"in sədr müavini partiyadan getdi

iqbal-aqazade-1

"Mən, Həcər Abbaslı bu gündən "Ümid" partiyası sədrinin gender məsələləri üzrə müavini vəzifəsindən və partiya üzvlüyündən istefa verdiyimi bəyan edirəm".

Bu açıqlamanı Strateq.az-a "Ümid" partiyasının sədr müavini Həcər Abbaslı bildirib.

O, istefasının səbəblərini belə izah edib: 

"İstefama partiyadaxili qərarların demokratik yolla qəbul edilməməsi, partiyadaxili idarəciliyin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, prespektivi və ümüm komanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəmnində aparılması, ən əsası isə Azərbaycan Respublikası Milli Məclisinə 2016-cı il 18 İyun təkrar seçkilərində iştirak qərarım və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmcinin sədrin özünün namizədliyinin partiya rəhbərliyi ilə müzakirə etmədən gizlin irəli sürməsi oldu.

Həcər ABBASLI

Bəyan edirəm ki, bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkşaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm".