XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2015 - 12:11

Hakimiyyətin “xain” saydığı səfir Avropa mediasından dəstək istədi
Arif Məmmədov
Uzun illərdir Azərbaycanı Avropada təmsil edən, son günlərə qədər Azərbaycanin İslam Əməkdaşlıq Təşkilatındakı səfiri vəzifəsində çalışan Arif Məmmədovun sosial şəbəkədə paylaşdığı statusdan sonra daha bir mühüm mesajı üzə çıxıb. Heç demə, səfir Məmmədov uzun illər öncə Azərbaycanda çalışan və burada demokratik ictimaiyyət arasında hələ də nüfuzunu qoruyub saxlayan diplomat Steynar Gillə (Norveçin ölkəmizdəki sabiq səfiri) dostluq münasibətində imiş.
Steynar Gil
Musavat.com xəbər verir ki, Norveçin Bakıdakı sabiq səfiri Steynar Gil özünün facebook profilində maraqlı bir status paylaşıb. Həmin statusun tərcüməsi belədir: “Səfir Arif Məmmədov məndən bunu paylaşmamı xahiş etdi: Cənab Steynar Gil, bunu paylaşmanızı xahiş edirəm. Mən 29.06 tarixdən 10.07 tarixə qədər Norveçdə səfərdə olacam. İnsanlar oyanıb. Azərbaycanın bütün gerçək dostlarının yardımına ehtiyacım var. Güman edirəm ki, sizinlə də görüşəcəm. Avropa mediası da mənə dəstək verməlidir. Bu, bir ümumi SOS siqnalıdır”.