XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 May 2016 - 13:22

Cinayət Məcəlləsinə yenidəyişikliklər təklif olunub

parlament-5.jpg

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinə (Qəsdən sağlamlığa yüngül zərər vurma) dəyişikliklər təkilf edilib.

Dəyişikliyə görə, sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, 500 manatdan 1000 manata qədər cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hazırda isə bu cəza 300 manata qədər cərimə və ya bir ilədək azadlıqdan məhrum etmədir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq.