XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

04 May 2016 - 13:40

Türkiyənin gözlədiyi qərar çıxdı –Avropa İttifaqı viza rejimini qaldırdı

Erdoqan-AI

Bu gün Avropa Komissiyası Türkiyə üçün viza rejiminin qaldırılması məsələsini müzakirə edib.  Günortadan sonra Avropa Konmissiyasının Türkiyə ilə viza rejiminin liberallaşdırılması ilə bağlı qərarı açıqlanıb. Avropa Komissiyası Türkiyə ilə viza rejiminin liberallaşdırılmasını tövsiyyə edib.  

Türkiyə vətəndaşları 3 ay ərzində 90 gün müddətində Avropa İttifaqı ölkələrində vizasız qala biləcəklər.

ürkiyə ilə viza rejiminin liberallaşdırılması Ankara ilə Brüssel arasındakı miqrant probleminin həlli ilə bağlı əldə olunan razılaşmanın bir hissəsidir.

Avropa İttifaqı Türkiyə ilə viza rejiminin liberallaşdırılması üçün Ankarının yerinə yetirməli olduğu 72 şərt irəli sürüb. Bu gün Avropa Komissiyasında bu şərtlərin yerinə yetirilməsi ilə bağlı hesabat dinləniləcək.  KİV-ə sızan məlumatlara görə, Türkiyənin 72 şərtdən 69-nu yerinə yetirməsi bu hesabatda əks olunub.

Almaniya KİV-nin məlumatına görə Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişi ilə bağlı qərar müəyyən şərtlərlə verilə bilər. Belə ki, Avropa Komissiyası müəyyən müddətdən sonra bunu dayandırmaq hüququnu özündə saxlayacaq.

Əgər Avropa Komissiyası müsbət tövsiyyə versə, bu qərarı Avropa Parlamenti və Avropa İttifaqı Şurası təsdiqləməlidir.

Əgər qərarlar müsbət olarsa Türkiyə vətəndaşları Avropa İttifaqı ölkələrinə qısamüddətli səfərlər zamanı viza almayacaqlar.

Avropa İttifaqı Türkiyədən biometrik pasportların tətbiqi, sərhəddə nəzarətin gücləndirilməsi, fərdi məlumatalrın qorunmasının gücləndirilməsi, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizədə, insan haqlarının qorunmasında  irəliləyişlər əldə olunmasını tələb edir.

Strateq.az