XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2015 - 13:15

Yunanıstan səfirliyi müəmmaya aydınlıq gətirdi – “Belə şey olmayıb”

Yunanıstanın Azərbaycandakı səfirliyi dünən Azərbaycan mediasında yayılan və geniş səs-küy yaradan məsələ ilə bağlı açıqlama yayıb. Məlumat üçün bildirək ki, dünən bir sıra agentliklərə istinadən, əksər media qurumları, Yunanıstan səfirinin öz hökumətinə digər Avropa liderləri də gəlməyəcəyi üçün Avropa Oyunlarının açılış mərasimində iştirak etməməyi tövsiyə edən məktub yazması haqda məlumat yaymışdı.

Bu gün isə “Turan” İA Yunanıstan səfirliyinin təkzib xarakterli mövqeyini yayıb. Səfirliyin məlumatında deyilir: “Yunanıstan Respublikasının səfirliyi dünən yerli mətbuat tərəfindən yayımlanan və bir sıra kütləvi informasiya vasitələri tərəfindən yenidən dərc olunan görünməmiş hücum və əsassız iddialarla bağlı xoşagəlməz dərəcədə təəccüblü və artıq dərəcədə narahatdır.

Yunanıstan I Avropa Oyunlarının hazırlığının bir çox səviyyələrində dərindən iştirak edir və nəticə etibarilə onların uğurlarına çox maraqlıdır.

Beləliklə, səfirlik edilən iddialarla bağlı heç vaxt hər hansı bir hərəkət etməmiş və əsassız, saxta, pisniyyətli və yalnış məlumata əsaslanan müəllif adı qeyd olunmayan məqalənin bütün məzmununu bir daha qəti şəkildə təkzib və etiraz edir”.