XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2016 - 19:44

Azərbaycanın statusu aşağı salınıb –Qubad İbadoğlu

qubad-3

 

 

 

 

 

 

 

 

 

 

 

Açıq Hökümət Tərəfdaşlığı İdarə Heyəti Azərbaycanın statusunu aşağı salıb.

Strateq.az xəbər verir ki, bu məlumatı ADR Hərəkatının sədri Qubaq İbadoğlu yayıb.

Məşhur iqtisadçı alim öz facebook səhifəsində paylaşdığı statusunda bildirib:

“Bu gün daha bir məyusedici xəbər aldım. Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində toplaşan Açıq Hökümət Tərəfdaşlığı İdarə Heyəti Azərbaycanın statusunu öhdəliklərini yerinə yetirmədiyinə, yeni dövr üçün Milli Fəaliyyət Planının qəbulunu ləngitdiyinə və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün mövcud olan problemləri həll etmədiyinə görə aşağı salıb. Səsvermədə iştirak edən 22 nəfərlik rəhbər heyətin 16 üzvü bu qərarın lehinə, 3 üzvü əleyhinə səs verib, 3 üzv isə bitərəf qalıb.

Beləliklə də Azərbaycan hökümətinin Açıq Hökümət Tərəfdaşlığında fəaliyyəti ən azı 1 il ərzində dayandırılıb. Bu müddət ərzində Azərbaycan höküməti Açıq Hökümət Tərəfdaşlığı ilə bağlı tədbirlərə müşahidəçi statusunda dəvət alacaq, səsvermədə iştirak etməyəcək və beləliklə də ölkəmiz bu təşəbbüsün yaratdığı imkanlardan istifadə edə bilməyəcək.

Bununla yanaşı, Azərbaycana maksimum 1 il vaxt veriləcək ki, vətəndaş cəmiyyətinin qaldırdığı məsələləri həll etsin.

Qeyd edim ki, Azərbaycan bu təşkilata 2011-ci ildə qoşulub və ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı imzalanıb. Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün nəzərdə tutulan ikinci Milli Fəaliyyət Planı bir həftə bundan əvvəl 27 aprel 2016-cı ildə imzalanıb. Onu da əlavə edim ki, Açıq Hökümət Tərəfdaşlığı İdarə Heyəti belə bir qərarı ilk dəfə olaraq Azərbaycanla bağlı qəbul edib. Bundan əvvəl 24 fevral 2016-cı ildə Vaşinqtonda toplaşan Meyarlar və standartlar alt komitəsinin üzvləri Azərbaycanın statusunu aşağı salaraq onun fəaliyyətsiz ölkə elan edilməsi ilə bağlı tövsiyyə ilə İdarə Heyəti qarşısında çıxış etmişdir”.