XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2016 - 21:11

Türk ordusundan uğurlu əməliyyat:PKK liderləri məhv edilib

 

PKK'nın üst düzey ismi Ekrem Güney öldürüldü

Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində PKK-nın bir neçə yüksək səviyyəli lideri öldürülüb.

Strateq.az xəbər verir ki, öldürülən terrorçular içərisində ən məşhuru orta sahə (Ərzurum, Diyarbəkir, Batman, Bingöl, Muş) kuratoru Əkrəm Güneydir.

Türkiyə dövlətinin Əkrəm Güneyin başına 4 milyon türk lirəsi (hardasa, 1.5 milyon dollar) mükafat qoyduğu bildirilir.

Əkrəm Güneylə yanaşı, onun köməkçi Əhməd Talva və PKK-nın qadın təşkilatının kuratoru olan Gülnaz Türk də zərərsizləşdirilib. Ümumiyyətlə, əməliyyat zamanı 10-dan  artıq PKK-çının öldürüldüyü və hamısının təşkilatda mühüm post tutduğu xəbər verilir.

Məlumata görə, terrorçuların yerini bölgədə yaşayan vətəndaş xəbər verib və Türk ordusu havadan dəstəklənən uğurlu əməliyyatla onları yox edib.