XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2016 - 23:20

Rusiya Suriyadan çıxır:30 rus təyyarəsi geri çəkilib

 

Rusya: Esad müttefikimiz değil

 

Rusiya 30 hərbi təyyarəsini Suriyadan geri çəkib.

Strateq.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bunu bildirib.

Konaşenkovun sözlərinə görə, bunların əksəriyyəti bombardıman təyyarələridir: “Xüsusilə, Su-25 tipli təyyarələrin hamısı geri çağırılıb".

Sözçü bu addımı həmin təyyarələrə Suriyada ehtiyac qalmamasıyla əsaslandıraraq, deyib:

"Hal-hazırda Suriyada beynəlxalq terror təşkilatları İŞİD və əl-Nusra ilə mübarizə aparmaq üçün bizə lazım olan qədər güc saxladıq".

Maraqlıdır ki, bu gün Rusiyanın xarici işlər naziri Lavrov da çıxış edərək, Bəşər Əsədlə sözün həqiqi mənasında müttəfiq olmadıqlarını, sadəcə Suriya dövlətini qorumaq və terrorizmə qarşı mübarizə aparmaq üçün bu ölkəyə girdiklərini açıqlamışdı. Müşahidəçilər Lavrovun bu açıqlamasını Moskvanın Əsədi qurban verməyə hazırlaşmasıyla izah etmişdilər. Tam bu sırada Rusiyanın əksər hərbi təyyarələrini geri çəkməsinin aydınlaşması mülahizəyə haqq qazandırır.

Qeyd edək ki, Rusiya öz hərbi güclərini hələ 2 ay bundan qabaq Suriyadan geri çəkməyə qərar vermişdi. Bu ani qərardan sonra rəsmi Moskvanın öz sözünə əməl etmədiyi məlum olmuşdu. ABŞ-ın Yaxın Şərqdəki generallarından biri ən azı 50 təyyarədən 8-10-nun Suriyadan çıxarıldığını bildirmiş, bir növ, Rusiyanın gözə kül üfürdüyünə eyham vurmuşdu. Üzərindən 2 aya qədər zaman keçdikdən sonra 30 təyyarənin öz missiyasını tamamlayıb “evinə” geri qayıtmasının rəsmən bəyan olunması beynəlxalq güc mərkəzlərinin artıq Suriya məsələsində kompromisə gəldiyindən xəbər verir.

Heydər Oğuz

Strateq.az