XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2016 - 11:36

“Zapravka”lardan saxtakarlıq:"Avtomobillərin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vururlar"

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra yanacaqdoldurma məntəqələrinin (YDM) fəaliyyətində nöqsanlar aşkarlayıb.
 

Bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
 
"Bəzi yanacaqdoldurma məntəqələri bizim möhürləri qırır. Bizim monitorinqlərimiz göstərir ki, bir çox yanacaqdoldurma məntəqələri istehlakçıların, sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur. Bununla bağlı müvafiq sənədlər toplanıb və prokurorluq orqanlarına göndərilib", – deyə R. Həsənov qeyd edib(apa).