XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

05 May 2016 - 14:47

“Hamı xarici valyuta ilə veriləcək kreditlərdən yararlana bilməyəcək” –İqtisadçı

samir eliyev-1.jpg

"Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etdi. Bununla da Palata xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi 1 aylıq moratorium aradan qalxdı. Mayın 6-dan etibarən banklar xarici valyutada istehlak kreditləri verməyə başlayacaqlar. Ancaq heç də hamı belə kreditlərdən yararlana bilməyəcək”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib.

O, xarici valyutada istehlak krediti ala biləcək şəxslərin siyahısını açıqlayıb:

1.Xarici valyutada gəlirləri olan şəxslər;

2.Banklarda xarici valyutalarda əmanətləri olan şəxslər;

İqtisadçının fikrinə görə, 2 milyon şəxs xarici valyutada kredit götürmək imkanı əldə edib:

"Ölkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85%-nin xarici valyutada olduğunu nəzərə alsaq, bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar.

Palata bir aylıq qadağadan sonra banklarda borc alanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər.

Palata həmçinin xarici valyutada ipoteka kreditlərinin verilməsi qadağan edilib. Palata xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirilir. Bundan sonra borc alanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq”.