XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2016 - 14:52

Ziya Məmmədov daha bir quruma nəzarəti itirdi –Artur Rasi-zadənin qərarı

ziya memed.jpg

Nəqliyyat naziri Ziya Məmmədov daha bir quruma nəzarəti itirib.

Belə ki, Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Baş nazir Artur Rasizadənin bununla bağlı imzaladığı qərarla "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan sonra Nəqliyyat Nazirliyinin tabeliyində olmayacaq.

A.Rasizadənin imzaladığı digər qərarla "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC "Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.

Modern.az