XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2016 - 16:46

“Bu qanun layihəsi rəsmi Bakının kəskin reaksiyasına səbəb ola bilər” –Leonid Slutskidən xəbərdarlıq

moskva-kreml.jpg

“İrəvanın mövqeyi həmişə Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına meylli olub. Bu isə anladığımız kimi, Azərbaycan tərəfinin mövqeyinə ziddir və tərəfləri nizamlamaya yaxınlaşdırmır”. 

Bu barədə RBK nəşrinə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutski Ermənistan deputatlarının qondarma qurumu tanımaqla bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.

“Bu qanun layihəsi rəsmi Bakının kəskin reaksiyasına səbəb ola bilər və onun qəbulu təmas xəttində zorakılığın eskalasiyasına gətirər ki, bu da yolverilməzdir” – deyə, komitə sədri qeyd edib.

Yada salaq ki, az öncə rəsmi Kreml münaqişə tərəflərini “kifayət qədər kövrək olan atəşkəsi pozacaq və gərginliyi artıracaq” addımlardan çəkinməyə çağırmışdı.

Bu haqda açıqlama verən Rusiya prezidentinin mətbuat katibi DmitriPeskov onu da bildirmişdi ki, İrəvan Dağlıq Qarabağın tanınması barədə qanunla bağlı Moskva ilə müzakirə aparmayıb.

Musavat.com