Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar toplantısının gündəliyinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi daxil edilməyib.
Bu haqda BBC məlumat yayıb.
Məlumata görə, parlamentin sessiyasının gündəliyinə 15 məsələ daxil edilib, onlardan 4-ü beynəlxalq müqavilələrə aiddir.
"Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması gündəlikdə yoxdur", – deyə BBC bildirib.
Qeyd edək ki, mayın 10-da Ermənistan hökuməti bu məsələ ilə bağlı "qanun layihəsini" bəyənərək, parlamentə göndərib.