XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2016 - 19:32

Ermənistan parlamentindən qonadrma"DQR"-in tanınması ilə bağlı açıqlama

ermenistan-parl-1

Ermənistan parlamentinin mətbuat katibi Arsen Babayan News.am saytına bildirib ki,  qonadrma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı  qanun layihəsi Xarici əlaqələr komitəsində müzakirə olunacaq. Onun sözlərinə görə, Komitə sənəd təqdim olunandan sonra 30 gün müddətinə baxılmalıdır. Bu müddət mayın 19-da bitir.  Müzakirələrdən sonra qanun layihəsi plenar iclasın gündəliyinə salınır: “Qanun layihəsi müzakirəyə təqdim oluna bilər, yaxud geri qaytarıla bilər”.

Xatırladaq ki, Ermənistan hökuməti parlamentin 2 deputatının təşəbbüsü ilə hazırlanan qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması barədə qanun layihəsi ilə bağlı müsbət rəy verib. Qanun layihəsi parlamentə təqdim olunub.

Gözlənilirdi ki, parlamentin mayın 10-da keçiriləcək növbədənkənar iclasında bu qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu gün məlum olub ki, mayın 10-da keçiriləcək növbədənkənar iclasın gündəliyinə bu məsələ daxil edilməyib.

Strateq.az