“Böyük 7-lik” ölkələrinin sammitində iştirak etmək üçün Almaniyaya gələn ABŞ prezidenti Barak Obama Bavariya vilayətinin Kryün kommunasının ratuşa binasının qarşısındakı meydanda yerli pivənin də dadına baxmağa macal tapıb. O bildirib ki, sammitin şəhər meydanında, açıq havada deyil, qəsrdə keçiriləcəyindən təəsüflənir: “Biz bu gözəl meydanda otura və pivə içə bilərdik”.
Almaniya kansleri Angela Merkel isə əsil ev sahibi kimi Obamanın arzusunu gözündə qoymayıb və öz həyat yoldaşı ilə birlikdə onu pivəyə qonaq edib.
Strateq.az