Türkiyənin baş naziri Əhməd Davudoğlunun vəzifədən gedəcəyinə ABŞ-dan rəsmi reaksiya verilib.
Türkiyə mediası xəbər verir ki, Ağ Ev sözçüsü Joş Earnest Davudoğlunun istefasına "O, yaxşı bir işgüzar yoldaşı idi", – deyə, münasibət bildirib.
Eyni zamanda, o, bu istefanın İŞİD-ə qarşı mübarizədə Türkiyə-ABŞ əlaqələrinə, işbirliyinə təsir göstərməyəcəyini vurğulayıb: "Bu istefanın İŞİD-i yox edəcəyimizə təsir edəcəyini təxmin etmirəm"(Mia.az).